AZ

Villanın hovuzunda partlayış: Ölən var - VİDEO

Bakıxanov qəsəbəsində evdə baş verən partlayışda xəsarət alanlardan biri ölüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə APA-ya Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

“Sabunçu Tibb Mərkəzinin I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən şəxsə bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması, üzün və ətrafların II dərəcəli yanığı diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun ölüm faktı qeydə alınıb”, – deyə məlumatda bildirilir.

12:29

Sabunçu rayonunda fərdi yaşayış evində baş verən partlayışla bağlı bəzi detallar məlum olub.

"Cebheinfo.az" Oxu.az-a istinadən xəbər verir ki, partlayış dördmərtəbəli villanın birinci mərtəbəsində yerləşən hovuzda baş verib.

İlkin versiyaya görə, hovuzun altından keçən qaz xəttində sızma olub.

11:41

Bu gün saat 10:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.

"Cebheinfo.az" Bakupost.az-a istinadən xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

11.03

Bakıxanov qəsəbəsində evdə partlayış olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.

FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

"Cebheinfo.az"

Seçilən
22
9
cebheinfo.az

10Mənbələr