AZ

Bakıda partlayışda xəsarət alanlardan BİRİ ÖLÜB

Ajans.az xəbər verir ki, bununla bağlı Sabunçu Tibb Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, tibb müəssisəsinin I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən şəxsə bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması, üzün və ətrafların II dərəcəli yanığı diaqnozları təyin edilib. Məlumata görə, aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun ölüm faktı qeydə alınıb.

Nərimanov Tibb Mərkəzindən isə bildirilib ki, bu gün saat 10:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə xəsarət alan 1970-ci il təvəllüdlü şəxs (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona başın, boyunun, hər iki yuxarı ətrafın II-III dərəcəli termiki alov yanığı diaqnozu qoyulmuşdur. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Seçilən
25
3
Ajans.az

10Mənbələr