ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının Bakıxanov qəsəbəsindəki evdə baş verən partlayış nəticəsində zərərçəkənlərdən biri vəfat edib.
Bu barədə "Unikal"a Sabunçu Tibb Mərkəzindən bildirilib.
"Anesteziologiya və reanimasiya şöbəsində olan zərərçəkən bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması və üz və ətrafların ikinci dərəcəli yanıqları ilə xəstəxanaya yerləşdirilib. Reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb", - deyə məlumatda qeyd olunub.
*** 11:35
Dekbarın 9-da saat 10:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən "Unikal"a verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
*** 11:10
Bakıda evdə partlayış olub.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.