AZ

İllik gəlirlilik dərəcəsi 18 faiz olan istiqrazları 50 investor əldə etdi

19 avqust 2025-ci il tarixində Bakı Fond Birjasın BOKT "International” ASC-nin AZ2036021023 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac  yekunlaşıb.

Marja.az xəbər verir ki, cəmi məbləği 1 milyon maat olan istiqrazlara 50 investor 50 sifariş təqdim edib və tam məbləğdə yerləşdirilib. İstiqrazların illik gəlirlilik faizi 18%-dir.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: BOKT "International" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2036021023

İstiqrazların növü və forması:  İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması:  Kütləvi / Rəqabətli hərrac

İstiqrazların sayı:  10 000 ədəd

İlkin ticarət qiyməti:  100 AZN

İstiqrazların buraxılış həcmi:  1 000 000 AZN

İllik gəlirlilik faizi: 18%

Minimal qiymət:  100 (18.0000%) AZN

Maksimal qiymət:  100 (18.0000%) AZN

Kəsmə qiyməti:  100 (18.0000%) AZN

Ortaçəkili qiyməti:  100 (18.0000%) AZN

İstiqrazların reallaşdırılmış həcmi: 1 000 000 AZN

İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 1 000 000 AZN

İnvestor sayı:  50

Sifariş sayı:  50

Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti: 3 il

Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC

Seçilən
108
1
marja.az

5Mənbələr