AZ

53 investor "Ferrum Capital"a illik 14 faizlə 1 milyon manat borc verdi

19 avqust2025-ci il tarixində "Ferrum Capital" QSC-nin  AZ2019022287 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac yekunlaşmıb. 

Marja.az xəbər verir ki, illik gəlirlilik dərəcəsi 14% olan 1 milyon manatlıq istiqrazlara 53 investor 53 sifariş təqdim edib və tam məbləğdə yerləşdirilib. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "FERRUM CAPİTAL" QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2019022287

İstiqrazların növü və forması:  Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli Hərrac

İstiqrazların sayı: 10 000 ədəd

İlkin ticarət qiyməti: 100 AZN

İstiqrazların buraxılış həcmi: 1 000 000 AZN

İllik gəlirlilik faizi: 14%

Hərrac qiyməti: 100 AZN

İstiqrazların reallaşdırılmış həcmi: 1 000 000 AZN

İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 1 000 000 AZN

İnvestor sayı: 53

Sifariş sayı: 53

Ödəmə Periodu:  Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 90 gündən bir

Tədavül müddəti: 12 ay

Anderrayter:   “UniCapital İnvestisiya Şirkəti” ASC

Seçilən
102
2
marja.az

5Mənbələr