AZ

"Kredit Evi" 5 il müddətinə 3 milyon manat cəlb etdi

19 avqust 2025-ci il tarixində Bakı Fond Birjasında (BFB) "KREDİT EVİ" ASC-nin AZ2003021493 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Marja.az xəbər verir ki, illik gəlirlilik faizi 17%, tədavül müddəti 5 il olan 3 milyon manatlıq istiqrazlara 50 investor 50 sifariş təqdim edib və tam məbləğdə yerləşdirilib. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "KREDİT EVİ" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2003021493

İstiqrazların növü və forması:  İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması:  Kütləvi / Rəqabətli hərrac

İstiqrazların sayı:  3 000 ədəd

İlkin ticarət qiyməti:  1000 AZN

İstiqrazların buraxılış həcmi: 3 000 000 AZN

İllik gəlirlilik faizi: 17%

Minimal qiymət: 100 (17.0000%) AZN

Maksimal qiymət: 100 (17.0000%) AZN

Kəsmə qiyməti: 100 (17.0000%) AZN

Ortaçəkili qiyməti:  100 (17.0000%) AZN

İstiqrazların reallaşdırılmış həcmi: 3 000 000 AZN

İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 3 000 000 AZN

İnvestor sayı: 50

Sifariş sayı: 50

Ödəmə Periodu: İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 30 təqvim günündən 3 (üç) iş günündən gec olmayaraq ödənilir

Tədavül müddəti: 5 il

Anderrayter: PAŞA Kapital İ.Ş.” QSC

Seçilən
104
1
marja.az

5Mənbələr