AZ

BOKT-ın illik gəlirliliyi 18% olan 1 milyon manatlıq istiqrazlarına 51 investor maraq göstərib

20 avqust 2025-ci il tarixində Bakı Fond Birjasında BOKT "International” ASC-nin AZ2035021024 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Marja.az xəbər verir ki, illik gəlirlilik faizi 18% olan 1 milyon manatlıq istiqrazlara 51 investor 51 sifariş təqdim edib və tam məbləğdə yerləşdirilib. 

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  BOKT "International" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2035021024

İstiqrazların növü və forması:  İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması:  Kütləvi / Rəqabətli hərrac

İstiqrazların sayı:  10 000 ədəd

İlkin ticarət qiyməti: 100 AZN

İstiqrazların buraxılış həcmi: 1 000 000 AZN

İllik gəlirlilik faizi: 18%

Minimal qiymət: 100 (18.0000%) AZN

Maksimal qiymət: 100 (18.0000%) AZN

Kəsmə qiyməti:  100 (18.0000%) AZN

Ortaçəkili qiyməti:  100 (18.0000%) AZN

İstiqrazların reallaşdırılmış həcmi:  1000000 AZN

İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 1 000 000 AZN

İnvestor sayı:  51

Sifariş sayı: 51

Ödəmə Periodu:  İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti: 3 il

Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC

Seçilən
82
1
marja.az

5Mənbələr