19 avqust 2025-ci il tarixində Bakı Fond Birjasın BOKT "International” ASC-nin AZ2036021023 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Marja.az xəbər verir ki, cəmi məbləği 1 milyon maat olan istiqrazlara 50 investor 50 sifariş təqdim edib və tam məbləğdə yerləşdirilib. İstiqrazların illik gəlirlilik faizi 18%-dir.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: BOKT "International" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2036021023
İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi / Rəqabətli hərrac
İstiqrazların sayı: 10 000 ədəd
İlkin ticarət qiyməti: 100 AZN
İstiqrazların buraxılış həcmi: 1 000 000 AZN
İllik gəlirlilik faizi: 18%
Minimal qiymət: 100 (18.0000%) AZN
Maksimal qiymət: 100 (18.0000%) AZN
Kəsmə qiyməti: 100 (18.0000%) AZN
Ortaçəkili qiyməti: 100 (18.0000%) AZN
İstiqrazların reallaşdırılmış həcmi: 1 000 000 AZN
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 1 000 000 AZN
İnvestor sayı: 50
Sifariş sayı: 50
Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti: 3 il
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC