19 avqust2025-ci il tarixində "Ferrum Capital" QSC-nin AZ2019022287 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac yekunlaşmıb.
Marja.az xəbər verir ki, illik gəlirlilik dərəcəsi 14% olan 1 milyon manatlıq istiqrazlara 53 investor 53 sifariş təqdim edib və tam məbləğdə yerləşdirilib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "FERRUM CAPİTAL" QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2019022287
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli Hərrac
İstiqrazların sayı: 10 000 ədəd
İlkin ticarət qiyməti: 100 AZN
İstiqrazların buraxılış həcmi: 1 000 000 AZN
İllik gəlirlilik faizi: 14%
Hərrac qiyməti: 100 AZN
İstiqrazların reallaşdırılmış həcmi: 1 000 000 AZN
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 1 000 000 AZN
İnvestor sayı: 53
Sifariş sayı: 53
Ödəmə Periodu: Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 90 gündən bir
Tədavül müddəti: 12 ay
Anderrayter: “UniCapital İnvestisiya Şirkəti” ASC