AZ

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Lataqiya əyalətinə ciddi ziyan vurub.

Axar.az xəbər verir ki, məlumatı “Syria TV” yayıb.

Qeyd olunub ki, Suriya daxilində təhlükəsizlik qüvvələri və yanğınsöndürənlər meşə yanğınlarını söndürmək üçün birgə əməliyyat aparırlar. Dünəndən bəri davam edən yanğınların söndürülməsi hələ mümkün olmayıb.

Yanğınlar əsasən Lataqiya əyalətini əhatə edib. Güclü külək və yüksək temperatur səbəbindən alovun yayılması genişlənib. Mülki müdafiə qüvvələrinin məlumatına görə, yanğınların sürətlə yayılmasının əsas səbəblərindən biri yanğın sahəsinə yaxın su mənbələrinin olmaması və müharibə dövründə qalmış partlayıcıların partlamasıdır.

Müvəqqəti hökumətin fövqəladə hallar naziri Rəid əs-Saleh bildirib ki, yanğınların söndürülməsində çətinliklərə səbəb ərazinin dağınıq relyefə malik olmasıdır.

Yanğın artıq Lataqiyanın meşələrinə, kənd təsərrüfatı sahələrinə və meyvə bağlarına ciddi ziyan vurub. Mediada yayılan xəbərlərə görə, alovlar Suriyanın şimal-qərbindəki Kəsab şəhərinə doğru yayılır.

Hadisə ilə bağlı vəziyyət hələ də nəzarət altına alınmayıb və xilasedicilər əllərindən gələni edirlər.

Seçilən
23
48
axar.az

10Mənbələr