AZ

362 nəfər könüllü qan verib

Azərbaycanda Aşura günü münasibətilə könüllü qanvermə aksiyası davam edir. Aksiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə həyata keçirilir.

Ucnoqta.az xəbər verir ki, bu gün səhər saatlarından etibarən paytaxt və bölgələrdə yerləşən qanvermə məntəqələrində vətəndaşlar aksiyada fəal iştirak edirlər.

Saat 10:00-a olan məlumata əsasən, ümumilikdə 362 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 162.9 litr qan tədarük olunub.

Builki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir.

Qanvermə aksiyaları səhər saat 8:00-dan etibarən başlayıb və gün ərzində davam edir.

Seçilən
18
50
ucnoqta.az

10Mənbələr