İsrail ordusu Qəzza zolağında baş verən qarşıdurmalarda 2 əsgərinin həlak olduğunu açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrindən yazılı açıqlama verilib.
Məlumata görə, 19 yaşlı Asaf Zamir Qəzza zolağının cənubunda baş verən qarşıdurmada, 19 yaşlı Yair Eliyahou isə Qəzzanın şimalında gecə saatlarında yaşanan qarşıdurmada həyatını itirib.
Rəsmi statistikaya görə, 7 oktyabr 2023-cü ildə İsrailin Qəzzaya hücumlara başladığı gündən bəri ümumilikdə 883 İsrail əsgəri həlak olub.