AZ

Kaliforniyada yanğın: 29 min hektar külə döndü

Kaliforniyada

ABŞ-ın Kaliforniya ştatında, San Luis Obispo və Riverside kimi müxtəlif bölgələrdə baş verən meşə yanğınları 29 min hektardan çox əraziyə yayılıb.

Xalqcebhesi.az xəbər verir ki, Kaliforniya Meşə və Yanğınlarla Mübarizə Departamentinin (Cal Fire) rəsmi saytında verilən məlumata görə, 2 iyul tarixində San Luis Obispo bölgəsində başlayan yanğın artıq 28 min hektardan çox sahəni əhatə edib və hələlik yalnız 10%-i nəzarət altına alınıb.

Riverside bölgəsində 29 iyun tarixində başlayan digər yanğın isə təxminən 1000 hektar sahədə davam edir və artıq 75%-i nəzarətə götürülüb.

Bundan əlavə, San Bernardino bölgəsinin Juniper, Lake və Shasta adlı hissələrində baş verən digər yanğınların ümumilikdə 650 hektarlıq əraziyə yayıldığı, lakin bu yanğınların böyük hissəsinin nəzarət altına alındığı bildirilib.

Cal Fire sözçüsü Toni Davis, hazırda 50 binanın təhlükə altında olduğunu və 208 nəfərin təxliyə edildiyini açıqlayıb. O, yanğınların təsir etdiyi ərazinin fermalar, təpəliklər və quru otlaqlardan ibarət kənd yerləri olduğunu, həmçinin bitki örtüyünün çox qurumuş vəziyyətdə olduğunu vurğulayıb.

Məryəm Quliyeva

Seçilən
16
50
xalqcebhesi.az

10Mənbələr