Ukraynanın keçmiş müdafiə naziri Aleksiy Reznikovun evində axtarışlar aparılıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Ukraynanın keçmiş müdafiə naziri Aleksiy Reznikov Ukrayna Silahlı Qüvvələri üçün baha qiymətə ərzaq məhsullarının alınması ilə bağlı iş üzrə axtarışa verilib
Ukrayna mətbuatı tez-tez xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi hərbçilər üçün ərzaqları Kiyev mağazalarından iki və ya üç dəfə baha alır.
Həmin vaxt müzakirə Jitomir, Kiyev, Poltava, Sumı, Çerkassı və Çerniqov vilayətlərində yerləşən hərbi hissələr üçün 2023-cü ildə ərzaq təminatının təşkili ilə bağlı idarənin bağladığı müqavilədən gedirdi.
O zaman Müdafiə Nazirliyinin rəhbəri postunu tutan Reznikov ərzaq məhsullarının qiymətinin şişirdilməsini “texniki səhv” kimi izah edib.
2023-cü ilin sentyabrında Zelenski Reznikovun istefasını elan edib.