Rusiya Ukraynanın paytaxtı Kiyevə 539 dron və 11 raketlə hücum həyata keçirdi. Hücumda 23 nəfər yaralandı.
Xalqcebhesi.az xəbər verir ki, Rusiya, Ukrayna müharibəsinin başlanğıcından bəri ən şiddətli hücumlarından birini reallaşdırdı. ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığından bir neçə saat sonra Kiyevə 539 dron və 11 raketlə hücum edildi. Kiyev sakinləri metro stansiyalarına sığınıb, göy üzünü isə sıx tüstü bürüyüb.
Ukrayna Hava Qüvvələrinin açıqlamasına görə, Rusiya gecə boyunca buraxdığı dronların 478-i məhv edilib. Ukrayna ərazisində 8 nöqtəyə hava hücumu təşkil olunub, 9 raket və 63 pilotsuz uçuş aparatı istifadə olunub. Kiyev şəhər meri Vitali Klitsçko bildirib ki, hücumda 23 nəfər yaralanıb, onlardan 14-ü xəstəxanaya yerləşdirilib.
Ukrayna rəsmiləri hücum nəticəsində Kiyevin 10 rayonundan 6-sında təxminən 40 yaşayış binası, dəmir yolu infrastrukturu, 5 məktəb və uşaq bağçası, kafelər və çox sayda avtomobil zərər görüb.
Rusiya Prezidenti Vladimir Zelenski öz sosial media hesabında bildirib: "Prezident Tramp ilə Putin arasında telefon danışığının mediada yayımlanmasından sonra şəhər və bölgələrimizdə ilk hava hücumu xəbərdarlıqları eşidildi. Rusiya bir daha müharibəni və terroru sona çatdırmaq niyyətində olmadığını göstərdi."
Zelenski Rusiya üzərində təzyiqin artırılmasını və daha çox hava müdafiə avadanlığının istifadəsini tələb edib.
Məryəm Quliyeva