AZ

Rusiya Ukraynada Azərbaycan mətbəxinin təqdim olunduğu restoranı dağıtdıVİDEO

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxkombinasiyalı hava hücumu edib.

Xezerxeber.az-ın məlumatına görə, ötən axşam yerli vaxtla 20:30-dan başlayaraq zərbə dronları müxtəlif istiqamətlərdən Kiyevə kütləvi hücum edib, partlayış səsləri eşidilib. Gecədən səhərə qədər isə şəhərə ballistik və müxtəlif tipli raketlərlə hücum edilib. Nəticədə paytaxtın 5 rayonunda ciddi dağıntılar olub, Kiyevin əsas ərzaq təminatçılarından olan Salomonsk ərzaq bazası dağıdılıb.

İlkin məlumatlara görə, Ukrayna paytaxtında bu hücumlar nəticəsində 5 nəfər həlak olub, 25 nəfər yaralanıb.

Eyni zamanda, Ukrayna paytaxtında Azərbaycan milli mətbəxinin mərkəzlərindən olan məşhur "Orxan" restoranı da hücumlar nəticəsində tamamilə darmadağın olub.

Ukrayna Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, Rusiya ordusu Ukraynaya 539 dron və 11 raket atıb. Raketlərdən 6-sı ballistik, 4-ü qanadlı, biri isə "Kinjal" aeroballistikdir. Hava hücumunun əsas hədəfi Kiyev olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
13
21
xezerxeber.az

10Mənbələr