Ukraynanın paytaxtı Kiyevə iyulun 4-də Rusiya ordusu tərəfindən yenidən kütləvi hava hücumları olub.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu, müharibə müddətində Kiyevə ən kütləvi hava hücumları olub.
İlkin məlumata görə, 5 nəfər həlak olub, 25 nəfər yaralanıb. Kiyevin ən iri ərzaq bazalarından biri tamamilə dağılıb.
Qeyd edək ki, Rusiya 539 ədəd “Shahed” tipli zərbə PUA-sı və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə Ukraynaya hücuma keçib. Bundan əlavə, Ukrayna ərazisinə Lipetsk vilayətinin hava məkanından bir ədəd X-47 M2 "Kinzhal" aeroballistik, Bryanskdan altı "İskander-M"/KN-23 ballistik, Kursk və Voronejdən dörd ədəd "İskander-K" qanadlı raketlər atılıb.
"Report"un əməkdaşı hadisə yerindən fotoreportaj hazırlayıb.