AZ

Rusiya Ukrayna ərazisinə rekord sayda hücum həyata keçirib

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Ukrayna Rusiya Silahlı Qüvvələrinin ölkə ərazisinə edilən 550 hava hücumu vasitəsindən 478-ni zərərsizləşdirib.

Bakıvaxtı.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələrinin məlumatında bildirilib.

Qeyd olunub ki, hücumun əsas hədəfi Kiyev olub.

"İyulun 4-ü gecə satlarında Rusiya Silahlı Qüvvələri 550 hava hücumu vasitəsi ilə hücum edib. Kursk, Şatalovo, Oryol, Bryansk, Millerovo, Primorsko-Axtarsk istiqamətlərindən 539 ədəd “Shahed” tipli zərbə PUA-sı və müxtəlif tipli pilotsuz uçuş aparatlarıdır", - məlumatda qeyd edib.

Bundan əlavə, Ukrayna ərazisinə Lipetsk vilayətinin hava məkanından bir ədəd X-47 M2 "Kinzhal" aeroballistik, Bryanskdan altı "İskander-M"/KN-23 ballistik, Kursk və Voronejdən dörd ədəd "İskander-K" qanadlı raketlər atılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
3
bakivaxti.az

10Mənbələr