AZ

539 PUA və 11 raketlə dəhşətli HÜCUM

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun paytaxt Kiyevə 539 pilotsuz uçuş aparatı (PUA) və 11 raketlə hücum etdiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Telegram" hesabında yayılan yazılı açıqlamada rusların Ukraynaya genişmiqyaslı hava hücumu təşkil etdiyi qeyd olunub.

Məlumata görə, Rusiya ordusu müxtəlif növdə 11 ballistik və qanadlı raket, həmçinin 539 PUA ilə hücuma keçib: “Hücumun əsas istiqaməti Ukraynanın paytaxtı Kiyev idi”.

Hərbi Hava Qüvvələrinin fəaliyyəti nəticəsində 2 raket, 476 PUA-nın məhv olunduğu və ya istiqaməti dəyişdirilərək zərərsizləşdirildiyi qeyd edilib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
22
cebheinfo.az

10Mənbələr