AZ

Rusiya 539 PUA və 11 raketlə Kiyevə hücum edib

Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə, Rusiya ordusu paytaxt Kiyevə qarşı 539 pilotsuz uçuş aparatı (PUA) və 11 raketlə genişmiqyaslı hücum həyata keçirib.

Bakues.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Telegram” hesabında yayımlanan açıqlamada bildirilib.

Qeyd edilib ki, hücumlar əsasən Kiyevə istiqamətlənib və müxtəlif növ ballistik və qanadlı raketlərdən istifadə olunub.

Ukrayna hərbi hava qüvvələrinin müdaxiləsi nəticəsində 2 raketin vurularaq məhv edildiyi, 476 pilotsuz uçuş aparatının isə zərərsizləşdirildiyi və ya istiqamətinin dəyişdirilərək təsirsiz hala gətirildiyi diqqətə çatdırılıb.

Seçilən
3
50
icma.az

10Mənbələr