AZ

Rusiya Ukraynaya rekord sayda "Şahed"lə hücum edib - Hərbi Hava Qüvvələri

İyulun 4-nə keçən gecə Rusiya Ukrayna ərazisinə rekord sayda “Şahed”lə hücum edib. Söhbət 330 hücum dronundan gedir.

Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, bu barədə telemarafonun efirində Ukrayna Hərbi Hava Qüvvələrinin rabitə şöbəsinin rəisi Yuri İqnat məlumat verib.

"Bizim üçün daha bir antirekord. Düşmən çoxlu sayda PUA ilə - ümumilikdə 550 hava hədəfi ilə hücum edib. Hücumda 330-dan çox - konkret olaraq "Şahed" olub. Bu, düşmənin bir hücumda istifadə etdiyi ən böyük rəqəmdir", - İqnat deyib.

O qeyd edib ki, həmin gecə Rusiyanın əsas hədəfi Kiyev olub. İqnatın sözlərinə görə, düşmənin demək olar ki, bütün hava hədəfləri Ukraynanın paytaxtı istiqamətində uçub.

QAZİLER.AZ

Seçilən
9
21
qaziler.az

10Mənbələr