AZ

Ermənistan çalxalanır: İrəvana piyada gedən Acapaxyan saxlanıldı - Vəkilindən açıqlama

Ermənistanın Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikael Acapaxyan ölkədə hakimiyyəti devirməyə çağırışlarla bağlı cinayət işi üzrə saxlanılıb; istintaq onun həbsi üçün vəsatət qaldırıb.

Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Ara Zöhrabyan bildirib.

"Biz istintaq tədbirlərində iştirak etdik. Arxiyepiskop Mikael Acapaxyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb. Müstəntiq arxiyepiskopun həbsə alınması şəklində həbs-qətimkan tədbirinin seçilməsi barədə məhkəmədə vəsatət qaldırıb", - Zöhrabyan bildirib.

O əlavə edib ki, məhkəmə arxiyepiskopun həbsindən sonra 24 saat ərzində həbs-qətimkan tədbiri ilə bağlı qərar qəbul etməlidir. /Bakupost.az/

Seçilən
3
5
turkustan.az

10Mənbələr