AZ

Saxlanılan arxiyepiskop Ajapaxyan məhkəməyə aparılır – Baş nazirliyə namizəd olmaqdan imtina edib

Musavat.com xəbər verir ki, hazırda saxlanılan arxiyepiskop Mikael Acapaxyan bu gün məhkəməyə aparılıb. Bu barədə onun hüquqlarını müdafiə edən vəkil məlumat yayıb.

Vəkilin sözlərinə görə, Mikael Acapaxyan Ermənistanın baş naziri postuna namizədliyini irəli sürməkdən imtina etdiyini bəyan edib. O, bu qərarını hüquqi prosesin davam etməsi və məsuliyyətli ictimai vəzifənin daşıdığı yük ilə əsaslandırıb.

Xatırladaq ki, onun həbsi ölkədə geniş rezonansa səbəb olub və müxtəlif dairələrdən fərqli reaksiyalarla qarşılanıb. Mikael Acapaxyanın tərəfdarları onun siyasi motivlərlə təzyiqə məruz qaldığını iddia edirlər. Hazırda məhkəmə prosesi davam edir. 

 

Musavat.com

Seçilən
2
10
musavat.com

10Mənbələr