AZ

Ermənistanda arxiyepiskop Mikael Acapaxyan saxlanılıb

Ermənistanın Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikael Acapaxyan ölkədə hakimiyyəti devirməyə çağırışlarla bağlı cinayət işi üzrə saxlanılıb; istintaq onun həbsi üçün vəsatət qaldırıb.

Bu barədə jurnalistlərə onun vəkili Ara Zöhrabyan bildirib.

“Biz istintaq tədbirlərində iştirak etdik. Arxiyepiskop Mikael Acapaxyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb. Müstəntiq arxiyepiskopun həbsə alınması şəklində həbs-qətimkan tədbirinin seçilməsi barədə məhkəmədə vəsatət qaldırıb”, – Zöhrabyan bildirib.

O əlavə edib ki, məhkəmə arxiyepiskopun həbsindən sonra 24 saat ərzində həbs-qətimkan tədbiri ilə bağlı qərar qəbul etməlidir.

Seçilən
6
5
interpress.az

10Mənbələr