Ermənistanın Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikael Acapaxyan ölkədə hakimiyyəti devirməyə çağırışlarla bağlı cinayət işi üzrə saxlanılıb; istintaq onun həbsi üçün vəsatət qaldırıb.
Yenisabah.az armenpress-ə istinadla xəbər verir ki, bu barədə onun vəkili Ara Zohrabyan bildirib:
"İstintaq tədbirlərində iştirak etdik. Arxiyepiskop Mikael Acapaxyana qarşı Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb. Müstəntiq arxiyepiskopun həbsə alınması şəklində həbs-qətimkan tədbirinin seçilməsi barədə məhkəmədə vəsatət qaldırıb".
Zohrabyan əlavə edib ki, məhkəmə arxiyepiskopun həbsindən sonra 24 saat ərzində həbs-qətimkan tədbiri ilə bağlı qərar qəbul etməlidir.
Telegram kanalımız