Ermənistanda iğtişaşlara səbəb olan və açıq şəkildə hakimiyyətə qarşı çıxan arxiyepiskop Mikael Acapaxyan (Arjapaxyan) artıq məhkəməyə aparılır.
KONKRET.az xəbər verir ki, yerli KİV-lərin məlumatına görə, məhkəmədə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistanın İstintaq Komitəsinin binasını tərk edirlər. Bu isə arxiyepiskopun artıq orada saxlanılmadığını göstərir.
Xatırladaq ki, Acapaxyan son günlərdə hökumət əleyhinə çıxışları ilə gündəmə gəlib və bir neçə dəfə hüquq-mühafizə orqanlarının fəaliyyətinə mane olmaqda ittiham olunub.
Natiq Səlim,
KONKRET.az