Ermənistanın “Parlaq Ermənistan” partiyasının lideri Edmon Marukyan Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanı Ermənistanın baş naziri postuna namizəd kimi irəli sürməyi təklif edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, Facebook səhifəsində paylaşım edib.
“Övik Ağazaryan və Akop Aslanyanla müzakirəmiz oldu. Nəticələri belədir: Mən baş nazirə etimadsızlıq proseduru çərçivəsində öz namizədliyimdən imtina etməyə hazıram, Ağazaryan və Aslanyan isə arxiyepiskop Mikael Ajapaxyan bu təklifi qəbul edəcəyi halda, onun namizədliyini irəli sürməyə hazır olduqlarını bildirdilər.
Biz müxalifət və hakimiyyət fraksiyalarının deputatlarını bu təşəbbüsə qoşulmağa çağırırıq. Biz məsələni parlamentdə müzakirəyə çıxarmağı və konstitusiya çərçivəsində hakimiyyət dəyişikliyi həyata keçirməyi təklif edirik. Bu halda, parlamentdəki iki müxalifət blokunun deputatlarının impicment təşəbbüsünə qoşulmaqdan imtina etməsi üçün heç bir əsasları qalmayacaq. Bu səbəbdən, əgər arxiyepiskop Mikael həbs edilərsə, müxalifət deputatları tərəddüd etmədən Akop Aslanyanın ofisinə gedib etimadsızlıq sənədini imzalamalıdırlar,” – deyə Marukyan yazıb.
Musavat.com