AZ

Ermənistanda MTX arxiyepiskop əməliyyatını təxirə saldı – Xüsusi təyinatlılar Eçmiədzini tərk etdi – Yenilənib + Video


Ermənistanda II Qareginin iqamətgahında dövlət çevrilişində ittiham olunan arxiyepiskop Mikael Acapaxyanın saxlanılması üzrə əməliyyat təxirə salınıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) onu saxlaya bilməyib.
Nəticədə, xüsusi təyinatlılar monastırı tərk ediblər.
MTX-nin bəyanatına görə, buna səbəb monastır ətrafında çoxlu sayda insanın toplaşması olub.
MTX-nin izah etdiyi kimi, əmr vəziyyətin mümkün və qəsdən gərginləşməsinin qarşısını almaq məqsədilə verilib.
Digər tərəfdən, Ermənistan İstintaq Komitəsi arxiyepiskop Mikael Ajapaxyanın Milli Təhlükəsizlik Xidməti tərəfindən həbsinə mane olan vətəndaşlara qarşı cinayət işi açıb.
Komitənin bildirdiyinə görə, bu şəxslərin əməlləri ədalət mühakiməsinə maneçilik kimi qiymətləndirilib.
Son məlumata görə, dövlət çevrilişində ittiham olunan arxiyepiskop Ermənistan İstintaq Komitəsinə getmək qərarına gəlib.

***13:24 
II Qareginin iqamətgahında Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyanın saxlanılması üzrə əməliyyat davam edir.
Yeniavaz.com
yerli KİV-ə istinadla xəbər verir ki, Ermənistan təhlükəsizlik qüvvələrinin nümayəndələri Acapaxyanı aparmağa cəhd ediblər.
Təhlükəsizlik qüvvələri yepiskopu zorla maşına mindirməyə çalışsalar da, arxiyepiskop II Qareginin özünün müşayiəti ilə bütün ermənilərin katolikosunun iqamətgahına yollanıb. Mikael Acapaxyan hazırda Eçmiədzinin Ana taxtındadır.
Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları İsakov prospektini bağlayıblar, vətəndaşlar Eçmiədzinin Ana taxtını qorumaq üçün Eçmiədzinə getməyə çalışırlar.
Eçmiədzin Ana taxtında vəziyyət vaxtaşırı gərginləşir, vətəndaşlarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir.
Seçilən
3
22
yeniavaz.com

10Mənbələr