“Lids” 26 yaşlı sloven mərkəz müdafiəçisi Yaka Biyolu “Udineze”dən tamhüquqlu əsasda “tovuzquşular”ın heyətinə qatıb.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
Keçid “Lids”ə 18 milyon avro məbləğ müqabilində başa gəlib. Sloven futbolçu İngiltərə klubu ilə 5 illik müqavilə imzalayıb.
Yaka Biyol futbola “Dravoqrad”da qədəm qoyub, ardınca “Bravo”da çıxış edib və “Rudar”la böyük futbolda debüt edib. Biyol karyerası ərzində Moskva CSKA-sı, “Hannover” və “Udineze”də çıxış edib.
Cari mövsümdə Biyol “Udineze” üçün 37 oyuna 2 qol və 2 məhsudlar ötürmə ilə fərqlənib.
Yaka Biyol 2018-ci ilin oktyabr ayında debüt etdiyi Sloveniya yığmasının heyətində 63 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
Biyolun qənimətlər muzeyində Moskva CSKA-sı ilə qazandığı Rusiya Kuboku (2018/2019) var.
“Transfermarkt” internet-portalı 26 yaşlı sloven mərkəz müdafiəçisinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.