AZ

“Brentford” Antoni Milambonu heyətinə qatdı

“Brentford” 20 yaşlı niderlandlı hücumameyilli yarımmüdafiəçi Antoni Milambonu “Feyenoord”dan tamhüquqlu əsasda heyətinə qatıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Niderlandlı futbolçu “bal arıları”ı ilə 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb.

Keçid “Brentford”a 20 milyon avro məbləğ müqabilində başa gəlib.

Antoni Milambo “Feyenoord”un məzunudur və karyerası ərzində ancaq “xalq komandası” üçün çıxış edib.

Geridə qalmış mövsümdə Milambo “Feyenoord” üçün 42 oyuna 7 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Milambonun “xalq komandası” üçün çıxışının ümumi mənzərəsi isə 60 oyun 8 qol və 9 məhsuldar ötürmədən ibarətdir.

Antoni Milambo Niderlandın U-15, U-17, U-18, U-19 və U-21 yığmalarına cəlb edilib, “zanbaqlar”ın əsas yığmasına isə hələ dəvət almayıb.

Milambonun qənimətlər muzeyində “Feyenoord”la qazandığı Niderland çempionluğu (2022/2023), Niderland Kuboku (2023/2024) və Niderland Super Kubkoku (2025) var.

“Transfermarkt” internet-portalı 20 yaşlı niderlandlı yarımmüdafiəçinin trasnfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
6
3
arena.az

4Mənbələr