AZ

“Mançester Siti” Ticani Reyndersi heyətinə qatdı

“Mançester Siti” niderlandlı mərkəz yarımmüdafiəçisi Ticani Reyndersi “Milan”dan tamhüquqlu əsasda “şəhərlilər”in heyətinə qatıb.

Arena.az bu barədə “Mançester Siti”nin rəsmi saytına istindən məlumat verir.

Keçid “şəhərlilər”ə 55 milyon avro məbləğ müabilndə başa gəlib. Niderlandlı futbolçu İngiltərə klubu ilə müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Ticani Reynders böyük futbolda “Zvolle” ilə debüt edib, ardınca “Alkmar”da və icarə əsasında “Valveyk”də oynayıb. Reynders “Milan”a 2023-cü ilin iyul ayında 20,50 milyon avro məbləğ müqabilində “Alkmar”dan tamhüquqlu müqavilə əsasında keçib.
Reynders cari mövsümdə “Milan” üçün bütün yarışlarda 59 oyuna çıxıb, 15 qol və 5 məhsular ötürmə ilə fərqlənib.

Ticani Reynders 2023-cü ilin sentyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 23 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Reyndersin qənimətlər muzeyində “Milan”la qazandığı İtaliya Kuboku (2024/2025) var.

“Transfermarkt” internet-portalı 26 yaşlı niderlandlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
162
3
arena.az

4Mənbələr