RU

“Şəki” bəyanat yaydı: Beş futbolçu qəsdən oynamayıb! – ARENA.AZ

Futbol üzrə Azərbaycan İkinci Liqasında mübarizə aparan “Şəki” klubu bəyanat yayaraq futbolçularının qəsdən oyuna çıxmadığını iddia edib.

Arena.az xəbər verir ki, əyalət təmsilçisi bu barədə sosial şəbəkə hesablarında paylaşım edib:

“Şəki” PFK rəhbərliyi olaraq ictimaiyyətə bildirmək istəyirik ki, komandamızın bir neçə futbolçusu İkinci Liqada mövsümün sonuncu – 27-ci turunda qarşılaşdığımız “Ağstafa Gəncləri” ilə oyunda iştirakdan imtina edib.

Qeyd edək ki, adıçəkilən futbolçular ikinci dövrə ərzində keçirdikləri oyunların və may ayına qədər olan bütün ayların əmək haqlarını alıblar. Hazırda isə may ayı çərçivəsində cəmi iki oyun keçirilib və hər hansı rəsmi əmək haqqı gecikməsi mövcud deyil.

Buna baxmayaraq, futbolçular tərəfindən “son oyundur, ödəniş edilməyə bilər, əvvəlcədən ödəniş edilsin” kimi əsassız iddialar irəli sürülərək komandanın son oyununa çıxmaqdan imtina edilib.

Oyunda iştirak etməyən futbolçular:

  1. Rəsul İbrahimov
  2. Zaur Fərzəliyev
  3. Çərkəz Hüseynov
  4. Mehdi Həşumov
  5. Nazim Bağırov

Klub daxilində aparılmış araşdırma zamanı müəyyən edilib ki, komandanın kapitanı Rəsul İbrahimov futbolçularla əlaqə saxlayaraq onların da oyunda iştirak etməməsi üçün çağırışlar edib, bir neçə oyunçunun oyuna gəlməsinə əngəl olub. Bu səbəbdən komanda “Ağstafa Gəncləri” ilə oyuna 9 nəfər oyunçu ilə çıxıb.

Baş verənləri peşəkar futbol prinsiplərinə və klub daxili intizam qaydalarına zidd davranış kimi qiymətləndiririk. Buna uyğun hüquqi addımlar atılacağı baradə öncədən oyunçulara xəbardarlıq edilib”.

Xatırladaq ki, “Şəki” “Ağstafa Gəncləri” ilə səfər oyununda 1:3 hesablı məğlubiyyətə üzülüb. Bu komanda 27 oyunda topladığı 30 xalla mövsümü 7-ci pillədə başa vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
41
6
arena.az

8Источники