RU

ABŞ və İran yenidən masaya oturur: tarix və məkan açıqlandı


ABŞ ilə İran arasında birbaşa danışıqların növbəti raundunun keçirilmə yeri və vaxtı açıqlanıb.

Musavat.com xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində paylaşım edən The Atlantic jurnalının ştatdankənar müəllifi Araş Əzizi məlumat verib. Onun sözlərinə görə, tərəflər arasında növbəti birbaşa görüş cümə axşamı İslamabad şəhərində baş tutacaq.

Qeyd olunur ki, danışıqlar prosesi son günlər intensivləşib və tərəflər mümkün razılaşma istiqamətində təmasları davam etdirir. Bununla yanaşı, Vaşinqton və Tehran arasında mövqelər hələ də bir sıra əsas məsələlər üzrə fərqli olaraq qalır.


Избранный
16
50
nuh.az

10Источники