AZ

Trampdan kritik anons: ABŞ–İran görüşünün yeri və vaxtı bilindi

ABŞ prezidenti Donald Tramp ABŞ və İran arasında növbəti danışıqlar raundunun yaxın iki gün ərzində baş tuta biləcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Ağ Ev rəhbəri danışıqların məhz Pakistanda davam etmə ehtimalının yüksək olduğunu bildirib.

Onun sözlərinə görə, tərəflər arasında növbəti təmasların yaxın günlərdə baş tutması mümkündür. Tramp eyni zamanda Pakistan ordusunun başçısı Asim Munir barədə də danışaraq, onun “əla iş gördüyünü” vurğulayıb və prosesə verdiyi töhfəni xüsusi qeyd edib.

Qeyd edək ki, son günlər bölgədə hərbi gərginlik artsa da, Vaşinqton və Tehran diplomatik kanalları açıq saxlamaqda davam edir. Bu isə tərəflərin qarşıdurma fonunda belə danışıqları dayandırmaq niyyətində olmadığını göstərir.

 

Musavat.com

Seçilən
0
1
musavat.com

10Mənbələr