AZ

Trampdan ABŞ-İran danışıqları ilə bağlı YENİ AÇIQLAMA

ABŞ və İran arasında danışıqların yeni raundu yaxın iki gün ərzində baş tuta bilər.

Publika.az xəbər verir ki, bu barədə "New York Post" (NYP) qəzetinə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

Ağ Ev rəhbəri İranla bağlı danışıqlar prosesindən bəhs edərkən, "Siz həqiqətən də orada (Pakistanda) qalmalısınız, çünki yaxın iki gündə nəsə baş verə bilər", — deyə bildirib.

Aprelin 11-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında Hörmüz boğazının blokadadan çıxarılması, İranın nüvə proqramı, Tehrana qarşı sanksiyaların ləğvi və hərbi əməliyyatların dayandırılması məsələlərinin müzakirə edildiyi danışıqlar keçirilib. ABŞ vitse-prezidenti Cey Di Vens vurğulayıb ki, Vaşinqton öz "qırmızı xətlərini" dəqiq müəyyən edib, lakin İran ABŞ-ın şərtləri ilə razılaşmayıb.

Seçilən
1
50
publika.az

10Mənbələr