RU

Araz Abdullayev: “Son pillədən qurtulmağı bacaracağıq” – ARENA.AZ

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Karvan”ın kapitanı Araz Abdullayev qış hazırlıq prosesi barəsində fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Yevlax klubunun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Qış hazırlığımız yaxşı keçir. Mən və komanda yoldaşlarım məşqlərdə səylə çalışırlar. Gündə iki dəfə olmaqla hazırlığımız davam edir. Fizuli müəllimin (Füzuli Məmmədovu nəzərdə tutur – red.) məşqlərdə verdiyi tapşırıqları səylə yerinə yetirməyə çalışırıq. Düşünürəm ki, “Sabah”la çempionat oyununa qədər tam hazır olacağıq. Əsas fikrimiz sonuncu pillədəki mövqeyimizi tərk edib yuxarı pillələrə yüksəlməkdir. Fikrimcə, bunu biz komanda olaraq bacaracağıq”, deyə Araz Abdullayev bildirib.

Xatırladaq ki, “Karvan” hazırlıq çərçivəsində yoxlama oyununda da qüvvəsini sınayacaq. Sözügedən komanda yanvarın 17-də Yevlaxda “Kəpəz”lə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
114
7
arena.az

10Источники