RU

ABŞ Ukrayna üzrə razılaşma şərtlərini koordinasiya etməyə davam edir – Rublonun açıqlaması

Musavat.com xəbər verir ki, ABŞ senatoru Marko Rubio Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların gələn həftənin əvvəlində də davam etdiriləcəyini bəyan edib.

Onun sözlərinə görə, Vaşinqton sülh prosesinə dair bütün detalların dəqiqləşdirilməsi üzərində işləyir. ABŞ dövlət katibi də bildirib ki, Ukrayna üzrə danışıqlarda Avropa və NATO ilə birbaşa əlaqəli məsələlər ayrıca müzakirə xəttində toplanıb və ayrıca formatda araşdırılır.

Rubio əlavə edib ki, hazırda müxtəlif sahələr üzrə texniki mütəxəssislər Ukrayna üzrə mümkün razılaşmanın şərtlərini uzlaşdırmaq üçün intensiv fəaliyyət göstərirlər.

Vaşinqtonun fikrincə, bu proses davamlı siyasi koordinasiya tələb etdiyindən, yaxın günlərdə tərəflər arasında işçi formatda yeni mərhələyə keçid gözlənilir. 

 

Musavat.com

Избранный
16
11
musavat.com

10Источники