Tanınmış vəkil Bəhruz Bayramovun mənzili qarət olunub. Bu barədə mediaya vəkilin özü məlumat verib. Vəkilin dediyinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar: "Televizor, xalçalar, kombi, qab-qabacaqlar, bahalı suvenerlər və sair məişət əşyalarını aparıblar. Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalça idi". Mətləb