AZ

Tanınmış vəkilin evi qarət olundu - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, tanınmış vəkil Bəhruz Bayramovun mənzili qarət edilib.

Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, araşdırma aparılır.

Nəticəsi barədə məlumat veriləcək.

***

Tanınmış vəkil Bəhruz Bayramovun mənzili qarət olunub.

Redaktor.az xəbər verir ki, bu barədə gununsesi.info-ya vəkilin özü deyib.

Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar:

"Televizor, xalçalar, kombi, qab-qabacaqlar, bahalı suvenerlər və sair məişət əşyalarını aparıblar. Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalça idi”.

Bəhruz Bayramov bildirib ki, hadisə yerinə polis çağırılıb: "İki saata yaxın araşdırma apardılar. Ekspert də gəlmişdi, əl-ayaq izləri götürdülər. İstintaq hərəkətləri apardılar. İnanıram ki, polis bu cinayətin üstünü açacaq”.

Seçilən
25
25
redaktor.az

10Mənbələr