Tanınmış vəkil Bəhruz Bayramovun evi qarət olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Gününsəsi.info-ya vəkil özü məlumat verib.
Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar:
"Televizor, xalçalar, kombi, qab-qacaqlar, bahalı suvenirlər və sair məişət əşyalarını aparıblar.
Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalçanın oğurlanmasıdır".
Bəhruz Bayramov bildirib ki, hadisə yerinə polis çağırılıb:
"İki saata yaxın araşdırma apardılar. Ekspert də gəlmişdi, əl-ayaq izləri götürdülər.
İstintaq hərəkətləri apardılar. İnanıram ki, polis bu cinayətin üstünü açacaq".
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta