AZ

Tanınmış vəkilin evinin "reşotka"sı sındırılıb, evi qarət edilib - Foto

Tanınmış vəkil Bəhruz Bayramovun evi qarət olunub.

Ölkə.Az xəbər verir ki, bu barədə Gununsesi.info-ya vəkil özü məlumat verib.

Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar: "Televizor, xalçalar, kombi, qab-qacaqlar, bahalı suvenirlər və sair məişət əşyalarını aparıblar. Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalçanın oğurlanmasıdır".

Bəhruz Bayramov bildirib ki, hadisə yerinə polis çağırılıb:

"İki saata yaxın araşdırma apardılar. Ekspert də gəlmişdi, əl-ayaq izləri götürdülər. İstintaq hərəkətləri apardılar. İnanıram ki, polis bu cinayətin üstünü açacaq".

Seçilən
31
25
olke.az

10Mənbələr