Tanınmış vəkil Bəhruz Bayramovun evi qarət olunub.
Editor.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya vəkil özü məlumat verib.
Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar: “Televizor, xalçalar, kombi, qab-qacaqlar, bahalı suvenirlər və sair məişət əşyalarını aparıblar. Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalçanın oğurlanmasıdır”.
Bəhruz Bayramov bildirib ki, hadisə yerinə polis çağırılıb:
“İki saata yaxın araşdırma apardılar. Ekspert də gəlmişdi, əl-ayaq izləri götürdülər. İstintaq hərəkətləri apardılar. İnanıram ki, polis bu cinayətin üstünü açacaq”.
