Tanınmış vəkil Bəhruz Bayramovun mənzili qarət olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya vəkilin özü deyib.
Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar:
“Televizor, xalçalar, kombi, qab-qabacaqlar, bahalı suvenerlər və sair məişət əşyalarını aparıblar. Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalça idi”.