RU

“Heç bir təklif almadım, yalnız “Arsenal”a fokuslanmışam”

“Arsenal”ın müdafiəçisi Qabriel Maqalyayns transfer xəbərlərinə münasibət bildirib.

90deqiqe.Az-ın “ESPN”ə istinadən məlumatına görə, braziliyalı futbolçu  Səudiyyə Ərəbistanına keçid barədə heç bir təklif almadığını və bu mövzuda məlumatının olmadığını bildirib:

“Mən heç nə eşitməmişəm, təklif almamışam. Tamamilə “Arsenal”a fokuslanmışam. Klubda artıq beş ildir çalışıram və onun necə inkişaf etdiyini görürəm”.

Keçən mövsümdə 27 yaşlı müdafiəçi “Arsenal”ın heyətində 42 oyuna çıxaraq 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Bu ilin iyun ayında Maqalyaynsla klub arasında müqavilə 2029-cu ilə qədər uzadılıb. Transfermarkt-ın qiymətləndirməsinə görə, futbolçunun dəyəri 75 milyon avrodur.

Избранный
38
36
90deqiqe.az

10Источники