AZ

Konte De Bröyneni hansı mövqedə görür?

“Napoli”nin baş məşqçisi Antonio Konte “eşşəkciklər”in yeni transferi, 34 yaşlı belçikalı yarımmüafiəçi Kevin De Bröyne haqda söhbət açıb.

Arena.az “Sky Sport Italia” dərgisinə istinadən məlumat verir ki, Konte veteran yarımmüdafiəçini hansı mövqedə gördüyünü açıqlayıb:

“De Bröyne taktikamızda necə yer alacaq? Onun “Mançester Siti”də necə oynadığı əsasında mühakimə yürütsək, o, trekvartist (hücum və yarımmüdafiə bölgələrinin yarımkeçidlərində fəaliyyət göstərən hücumameylli yarımmüdafiəçi – redaktorun qeydi) ola biləcək bacarığa malik yarımmüdafiəçidir. Onun xüsusi, görkəmli keyfiyyətləri var, o, topa sahib olanda isə başqalarının görmədiklərini görə bilir. Qarşıda bizim, dörd yarışımız var, ona görə də, gəlin, bu oyunçunun əsas, digərinin isə ehtiyat heyətin oyunçusu olduğundan danışmayaq, əks halda biz əyalətçilik düşüncəsinə yuvarlanacağıq”, deyə Konte vurğulayıb.

Xatırladaq ki, 2024/2025-ci illər mövsümünün başa çatması ilə “Mançester Siti”dən azad agent qismində ayrılmış Koul Palmer “Napoli”yə qoşulub. Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Kevin De Bröyne “Genk”in məzunudur. Futbolçu, karyerası ərzində “Çelsi”, “Verder” (icarə), “Volfsburq” və “Mançester Siti”də oynayıb.
Geridə qalmış 2024/2025-ci illər mövsümündə De Bröyne “Mançester Siti” üçün 40 oyun keçirib, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

De Bröynenin “şəhərlilər”in heyətində çıxışının ümimi mənzərəsi 422 oyun, 108 qol və 177 məhsuldar ötürmədən ibarətdir.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 111 oyun keçirib, 31 qol vurub, 52 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 34 yaşlı belçikalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
53
16
arena.az

10Mənbələr