“Arsenal” hücumçusu İtan Nvaneri ilə yeni müqavilə imzalamaq üzrə prinsipial razılıq əldə edib.
90deqiqe.Az-ın məlumatına görə, 18 yaşlı futbolçu digər klublardan gələn maraqlara baxmayaraq, həmişə “Arsenal”a üstünlük verib.
Gənc forvard 2024/25 mövsümündə Premyer Liqada 26 oyuna çıxaraq 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Topçular” mövsümü ikinci pillədə tamamlayıblar. Nvanerinin aktivində həmçinin Çempionlar Liqasında 7 oyun, 2 qol və İngiltərə Liqa Kubokunda 4 matçda 3 qol var.
Yeni müqavilənin yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir.