AZ

De Bruyne məşqə 10 nömrəli formada çıxdı - FOTOLAR

Yay transfer pəncərəsində “Napoli”yə keçən ulduz futbolçu Kevin De Bruyne yeni klubundakı ilk məşqinə çıxıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi Neapol təmsilçisinin düşərgəsində 10 nömrəli formada görüntülənib. 

De Bruyne İtaliya çempionuna “Mançester Siti”dən azad agent statusunda keçib. 33 yaşlı futbolçu “şəhərlilər”in heyətində tam 10 il çıxış etdikdən sonra bu yay müqavilə müddətinin başa çatması ilə “Napoli”yə keçib. Onunla 2027-ci ilin yayınadək müqavilə imzalanıb.

Hazırda “Transfermarkt” portalı təcrübəli futbolçunun dəyərini 20 milyon avro olaraq göstərir. De Bruyne Belçika millisində 111 oyun keçirib və yığmanın aparıcı simalarından biri kimi tanınır.

Qeyd edək ki, “Napoli” ötən mövsüm İtaliya A Seriyasında çempion olaraq mövsümə nöqtə qoymuş, son turda “İnter”i geridə qoyaraq “skudetto”ya sahib çıxmışdı.

Seçilən
83
16
90deqiqe.az

10Mənbələr