“Sportinq”in hücumçusu Viktor Qyokeresin “Arsenal”a transferi alınmaya bilər.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər 27 yaşlı isveçli üçün 70 milyon avro ilkin ödəniş və 10 milyon bonus haqqında razılığa gəliblər. Ancaq Portuqaliya mətbuatı klublar arasında fikir ayrılığı yaşandığını bildirib. İddia edilir ki, transfer baş tutmaya bilər.
Qyokeres 2023-cü ildən “Sportinq”də çıxış edir. Komandanın heyətində 102 matçda forvard 97 qol vurub və 28 məhsuldar ötürmə edib.