RU

Eurostatın hesabatı gündəm yaratdı - Avropa işləməkdə, Türkiyə geridə!

Avropa Statistika İdarəsi (Eurostat), 2024-cü ildə Avropa İttifaqına üzv ölkələrdə 15 yaş və yuxarı şəxslərin gözlənilən orta əmək fəaliyyəti müddətinə dair məlumatları açıqlayıb.

Açıqlanan statistikaya görə, son 10 ildə Aİ-də orta əmək fəaliyyəti müddəti 2,4 il artıb. Hazırda Avropa İttifaqında bir fərdin işləmə müddəti orta hesabla 37,2 ilə çatıb.

Sherg.az xəbər verir ki, əmək fəaliyyəti müddətləri Aİ ölkələri arasında əhəmiyyətli dərəcədə fərqlənir. Ən uzun müddət Niderlandda qeydə alınıb.

Niderlandda bir fərd orta hesabla 43,8 il işləyir. Daha sonra 43 illə İsveç, 42,5 illə Danimarka, 41,4 illə Estoniya, 40,4 illə İrlandiya, 40 illə Almaniya və 39,8 illə Finlandiya gəlir.

Ən aşağı göstəricilər isə Rumıniyada (32,7 il), İtaliyada (32,8 il), Xorvatiya, Yunanıstan və Bolqarıstanda (34,8 il), Belçikada isə 35 il təşkil edir.

Avropa İttifaqında kişilər üçün əmək fəaliyyəti müddətinin orta göstəricisi 39,2 ildir. Kişilər Niderlandda 45,7 il, Danimarkada 44,2 il, İsveçdə 40 il işləyir. Rumıniyada bu rəqəm 35,9 il, Xorvatiya və Bolqarıstanda isə 36 ildir.

Qadınlar üçün Aİ üzrə orta əmək fəaliyyəti müddəti 35 ildir. Estoniyada qadınlar 42,2 il, İsveçdə 42 il, Niderlandda isə 41,8 il işləyir.

Ən aşağı göstəricilər isə İtaliyada (28,2 il), Rumıniyada (29,2 il) və Yunanıstanda (31,1 il) qeydə alınıb.

Eurostatın məlumatına əsasən, 2024-cü ildə Türkiyədə bir şəxsin orta əmək fəaliyyəti müddəti 30,2 il olaraq müəyyən edilib. Bu göstərici Avropa İttifaqı ölkələri ilə müqayisədə xeyli aşağıdır.

Türkiyədə kişilər orta hesabla 39,3 il, qadınlar isə 20,7 il işləyir.
Избранный
31
50
sherg.az

10Источники