AZ

Britaniyada məktəbdən yayınma halları rekord həddə çatıb

BAKI, 20 iyul. TELEQRAF

Böyük Britaniyada məktəbdənyayınma halları pik həddə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Təhsil Departamenti məlumat yayıb.

Ötən ilin statistikasına əsasən, 173,000 şagird məktəbə getməyib və bu da İngiltərənin ümumi məktəb əhalisinin demək olar ki, 2,5%-nə bərabərdir.

"Bu göstərici 2019-cu ilin payızındakı son statistikadan təxminən üç dəfə çoxdur. Ötən il davamiyyətsizliyə görə İngiltərənin dövlət məktəblərindən 11000 uşaq xaric edilib. Bu, əvvəlki illə müqayisədə 16% çoxdur. Bu şagirdlərin işsiz qalması, narkotik maddələrdən istifadə etməsi və cinayət törətməsi ehtimalı daha yüksəkdir və mövcud vəziyyət ciddi təhlükə kimi qiymətləndirilməlidir", məlumatda deyilir.

Seçilən
36
50
teleqraf.com

10Mənbələr